Qara dənizdə Ukraynaya məxsus pilotsuz kater vurulub
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Qara dəniz Donanmasının qüvvələri Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz kater məhv edib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi gündəlik brifinqində məlumat yayıb.
Nazirliyin məlumatına görə, katerin ekipajsız olduğu bildirilib. Rusiya hərbçiləri gəmini Qara dənizin akvatoriyasında vuraraq məhv ediblər.
Qeyd edək ki, bundan əvvəl Rusiya ordusu Kiyevdə "Kyivstar" şirkətinin binasına zərbə endirib. Rusiya Müdafiə Nazirliyi hücumu şirkətin Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə mobil rabitə və internet xidmətləri göstərməsi ilə əlaqələndirib.
Oxşar xəbərlər
Zelenski İrlandiyada ABŞ nümayəndə heyəti ilə görüş keçirəcəyini açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin IX sammitində iştirak etmək üçün Dublinə səfər edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki,...