MTK ilə sakinlər üz-üzə: Ümumi əmlak necə özəlləşdirilib?
Yeniliklərdən dərhal xəbərdar olun
Yasamal rayonunun Yeni Yasamal qəsəbəsi ərazisində yerləşən binanın sakinləri ilə keçmiş MTK sədri Aydın Cəfərov arasında əmlak mübahisəsi yaranıb.
Baku TV xəbər verir ki, sakinlər vaxtilə Bakı Dövlət Universitetinin müəllimlərinin mənzil təminatı məqsədilə ayrılmış torpaq sahəsində yaradılan "Gənc Alim" MTK-nın idarəçiliyinin Aydın Cəfərova həvalə olunduğunu iddia edirlər.
Onlar bildirirlər ki, tikinti işləri 2006-cı ildə başa çatdıqdan sonra binanın ümumi istifadədə olan bəzi sahələri sakinlərin xəbəri olmadan özəlləşdirilib.
Şikayətçilər xüsusilə zirzəminin və həyətdə yerləşən xeyir-şər evinin vəziyyətindən narazıdırlar. Onlar bildirirlər ki, zirzəmiyə giriş məhdudlaşdırılıb və bu ərazidən binanın kommunikasiya xətləri, o cümlədən su sistemi keçir. Sakinlər qeyd edirlər ki, fövqəladə vəziyyət zamanı zirzəmiyə daxil ola bilməmələri ciddi problem yarada bilər.
Oxşar xəbərlər
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. BAKU.WS xəbər verir ki, bu b...