Nazir: "Bəzi kənd məktəbində şagirdin bir illik təhsilinə 24000 manat xərclənir"

Nazir: Bəzi kənd məktəbində şagirdin bir illik təhsilinə 24000 manat xərclənir
Sosial 11

"Bəzi kənd məktəbində şagirdin bir illik təhsilinə 24000 manat xərclənir".

BAKU.WS xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə aid keçirilən mətbuat konfransında deyib.

Nazir vurğulayıb ki, azsaylı şagirdi olan kənd məktəblərində bir şagirdə düşən təhsil xərci daha yüksəkdir. Bununla yanaşı, belə məktəblərdə təhsilin keyfiyyətinin də aşağı olduğu bildirilir.

Şagird sayı az olan kənd məktəblərinin fəaliyyətinin dayandırılması məsələsi nəzərdən keçirilir.

Emin Əmrullayev onu da əlavə edib ki, bəzi kənd məktəblərində bir şagirdin təhsilinə il ərzində 24 min manatadək vəsait sərf olunur. Paytaxtda isə bir şagirdə düşən xərc daha aşağıdır.

"Sinifdə şagird sayı artdıqca, bir şagirdə düşən xərc azalır", – deyə nazir vurğulayıb.

Zöhrə Pənah

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər