İngiltərə Premyer Liqasında 2019/20 mövsümünə yekun vurulub.

BAKU.WS "Apasport.az"a istinadən xəbər verir ki, sonuncu - XXXVIII turun bütün görüşləri eyni vaxtda keçirilib.

Axırıncı turda əsas diqqətlər "Lester" - "Mançester Yunayted" və "Çelsi" - "Vulverhempton" oyunlarına yönəlib. Lesterdən qalib ayrılan "qırmızı şeytanlar" bürünc medala yiyələnib. "Zadəganlar" isə Londonda qələbəyə seviniblər.

Bu nəticələr çempion "Liverpul" və gümüş mükafatçı "Mançester Siti" ilə yanaşı, "Mançester Yunayted"lə "Çelsi"ni də Çempionlar Liqasına (ÇL) daşıyıb.

"Lester" və son turda bərabərə qalan "Tottenhem" Avropa Liqasına (AL) vəsiqə əldə edib. AL-ə yollanacaq son komanda isə İngiltərə kubokunun final matçından asılı olacaq. Çempionatda uğursuz mövsüm keçirən "Arsenal" kubokun finalında "Çelsi"yə qalib gələrsə, qitənin ikinci dərəcəli klub turnirinə yollanacaq. Əks təqdirdə, Premyer Liqada 7-ci yeri tutan "Vulverhempton" Avropa Liqasına vəsiqə qazanacaq.

"Aston Villa" Londonda "Vest Hem"lə bərabərə qalaraq elitada yerini qoruyub. Bu isə "Norviç"dən sonra "Uotford" və son turda qələbə qazanmasına baxmayaraq, "Bornmut"un Çempionşipə yuvarlanmasına səbəb olub.

"Lester"in hücumçusu Ceymi Vardi 23 qolla mövsümün bombardiri olub. Son turda dubl edən "Arsenal"ın forvardı Pyer-Emerik Obameyanq və "Sauthempton"lu Denni İnqs aktivlərinə ümumilikdə 22 top yazdırıblar.

İngiltərə Premyer Liqası
XXXVIII tur
26 iyul
"Arsenal" - "Uotford" - 3:2
Obameyanq, 5, 33; Tirni, 24 - Deney, 43; Uelbek, 67
"Bernli" - "Brayton" - 1:2
Vud, 44 - Bissuma, 40; Konnolli, 50
"Çelsi" - "Vulverhempton" - 2:0
Mount, 45+1; Jiru, 45+4
"Kristal Pelas" - "Tottenhem" - 1:1
Şlupp, 53 - Keyn, 13
"Everton" - "Bornmut" - 1:3
Kin, 41 - Kinq, 13 (pen.); Solanke, 45+1; Stanislas, 80
"Lester" - "Mançester Yunayted" - 0:2
Fernandes, 71 (pen.); Linqard, 90+8
"Mançester Siti" - "Norviç" - 5:0
Qabriel Jezuş, 11; De Bruyne, 45+1, 90+1; Sterlinq, 80; Mahrez, 83
"Nyukasl" - "Liverpul" - 1:3
Qayl, 1 - van Deyk, 38; Oriqi, 59; Mane, 89
"Sauthempton" - "Şeffild Yunayted" - 3:1
Adams, 50, 71; İnqs, 84 (pen.) - Lundstrem, 26
"Vest Hem" - "Aston Villa" - 1:1
Yarmolenko, 86 - Qriliş, 84

BAKU.WS