Koronavirus Avro-2020-yə təsir etməyəcək - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Prezidenti Aleksander Çeferin Avro-2020 ilə bağlı açıqlama verib.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, koronavirus epidemiyası ilə bağlı təşviş olmasına baxmayaraq, turnirin öncədən planlaşdırıldığı vaxtda - 12 iyun-12 iyul tarixlərində keçiriləcəyini açıqlayıb.
O, virusu ciddiyə aldıqlarını, lakin mövcud vəziyyətin yarışı təşkil etməyə mane olmadığını söyləyib:
“Ev sahibi olan ölkələrin sayının azaldılması və oyunların azarkeşsiz keçirilməsi variantlarını düşünmək belə istəmirəm. Pozitiv düşünürəm. Düşünürəm ki, Avro-2020 başlamadan öncə vəziyyət nəzarət altına alınacaq. Buna görə narahat deyiləm”.
Oxşar xəbərlər
Prezident Avropa Liqasının final oyunu ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması ha...