Koronavirus Avro-2020-yə təsir etməyəcək - RƏSMİ AÇIQLAMA

Koronavirus Avro-2020-yə təsir etməyəcək - RƏSMİ AÇIQLAMA
İdman 97

UEFA Prezidenti Aleksander Çeferin Avro-2020 ilə bağlı açıqlama verib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, koronavirus epidemiyası ilə bağlı təşviş olmasına baxmayaraq, turnirin öncədən planlaşdırıldığı vaxtda - 12 iyun-12 iyul tarixlərində keçiriləcəyini açıqlayıb.

O, virusu ciddiyə aldıqlarını, lakin mövcud vəziyyətin yarışı təşkil etməyə mane olmadığını söyləyib:

“Ev sahibi olan ölkələrin sayının azaldılması və oyunların azarkeşsiz keçirilməsi variantlarını düşünmək belə istəmirəm. Pozitiv düşünürəm. Düşünürəm ki, Avro-2020 başlamadan öncə vəziyyət nəzarət altına alınacaq. Buna görə narahat deyiləm”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər