İslam oyunları yerli və xarici kanallarda niyə göstərilmir? - AÇIQLAMA

İslam oyunları yerli və xarici kanallarda niyə göstərilmir? - AÇIQLAMA
İdman 12854
 

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) Baki 2017 İslam Həmrəyliyi Oyunları zamanı əsas TV yayım xidmətini təmin etmək məqsədi ilə Bakı Media Mərkəzi ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən Bakı Media Mərkəzi oyunların 80 saatdan çox yayımını həyata keçirir.

Təşkilat komitəsindən İstiPress-ə verilən məlumata əsasən, oyunların yayımından öncə İslam dünyasının, eyni zamanda Azərbaycanın, Bakı şəhərinin gözəlliklərini, bununla yanaşı, idman aləminin özəlliklərini özündə cəmləşdirən hər biri 5 (beş) dəqiqə olmaqla 3 (üç) video çarx təqdim olunacaq.

İdman yarışlarına gəldikdə isə, müqaviləyə əsasən futbol yarışlarının hər qrup oyunları, yarım finalları və final mərhələsi canlı yayımlanacaq. Bakı Media Mərkəzi həmçinin Açılış və Bağlanış mərasimlərinin işıqlandırılmasını da təmin edəcək. Eyni zamanda, Bakı media Mərkəzi gün ərzində baş tutan yarışların ən parlaq və yaddaqalan məqamlarına dair 54 dəqiqəlik proqramı və 5 dəqiqəlik "Xəbər” proqramını təqdim edəcək.

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi 12-22 may tarixlərində Bakıda keçiriləcək Oyunların "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) tərəfindən yayımlanır. Bu razılaşmaya görə, AzTV və İdman Azərbaycan kanalı Oyunlarla əlaqədar yayım materiallarından aşağıda qeyd olunan şərtlər əsasında eksklüziv istifadə hüququna malikdir:

- Müvafiq olaraq 12 və 22 may tarixlərində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış və Bağlanış Mərasimlərinin canlı yayımlanması,

- Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrindən ibarət bir saatlıq gündəlik proqram,

- Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 qarşılaşmanın canlı yayımlanması,

- Oyunlar haqqında iki saatlıq proqram,

-Şimali Afrika və Orta Şərq ölkələrində yayım hüququnu Ərəb Dövlətlərinin Yayım Birliyi (Arab States Broadcasting Union ASBU) əldə edib.

22 ölkənin əsas ödənişsiz dövlət yayım şirkətlərini Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarını öz kanallarında nümayiş etdirmək imkanı əldə ediblər. TV Media Sport (TVMS) Saxaradan cənubda yerləşən Afrika ölkələrinin eksklüziv agenti qismində razılığı imzalayıb. Agent 12 ölkənin yayım şirkətləri - Fil Dişi Sahili (RTI), Nigeriya (NTA Sports 24), Tanzaniya (AZAM MEDIA GROUP ZBC2), Uqanda (UBC), Mozambik (TVM), Çad (ONRTV), Mali (ORTM), Qvineya (RTG), Niger (ORTN), Konqo Demokratik Respublikası (RTNC), Mavrikiy (MBC) və Burkina-Faso (RTB) - qarşısında oyunlardan canlı yayımların və proqramların yayınlanması ilə bağlı öhdəlik götürüb. Bakı 2017 Əməliyyat Komitəsi eyni zamanda Türkiyənin aparıcı yayım şirkəti TRT ilə də razılıq müqaviləsi imzalayıb. Bununla da, 2021-ci ildə keçirilməsi planlaşdırılan 5-ci İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək Türkiyə, Bakıda keçiriləcək oyunları canlı izləmək imkanı əldə edəcək. Oyunlar həmçinin IP vasitəsilə müvafiq olaraq ATV və Milli Rabitə Şəbəkəsi (NCN) tərəfindən Surinam və Qayanada da yayınlanacaq. Razılığa əsasən hüquq sahibi olan bütün yayım şirkətləri aşağıda qeyd olunan bölümlər əsasında oyunlarla əlaqədar yayım materiallarından eksklüziv istifadə hüququna malik olacaqlar:

- Müvafiq olaraq 12 və 22 may tarixlərində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış və Bağlanış Mərasimlərinin canlı yayınlanması;

- Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrindən ibarət bir saatlıq gündəlik proqram;

- Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 qarşılaşmanın canlı yayımlanması;

- Oyunlar haqqında iki saatlıq proqram.

BAKU.WS

Son xəbərlər