Türkiyə millisinin Bakıda keçiriləcək matçlarına bilet QİYMƏTLƏRİ
UEFA AVRO-2020-nin ümumi bilet satışına dekabrın 4-dən başlayacaq.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, biletlərin hamısı Avropa futbol qurumu tərəfindən satılacaq. İyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə yığmaları arasında keçiriləcək açılış oyununu canlı izləmək istəyənlər ən azı 50 avro ödəyəcək.
Türkiyə millisinin azarkeşlərinə 24 min bilet veriləcək. Lakin İtaliya vətəndaşı olan və Avropa ölkələrində yaşayan çoxlu sayda türkün də "ay-ulduzlular"a dəstək verəcəyi gözlənilir.
Digər matçların biletlərinə gəlincə, UEFA milli gəlir səviyyəsini nəzərə alaraq, Bakı və Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək qarşılaşmalara girişi 30 avrodan edib. Qalan şəhərlərdəki oyunlara baxmaq üçün isə minimum 50 avro ödəmək lazım gələcək. Ən bahalı bilet isə 945 avroya olacaq.
UEFA Bakıdakı qarşılaşmalar üçün Türkiyə millisinə və rəqiblərinə hər oyun üçün 20 min bilet verəcək. 30 min bilet isə ev sahibi olan Azərbaycana veriləcək. Bu isə "ay-ulduzlular"ı 70 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda hər oyunda 50 min azarkeşin izləyəcəyi anlamına gəlir.
Xarici fanatlara Heydər Əliyev Beynəlxalq Aeroportunda 1 aylıq viza veriləcək.
Qeyd edək ki, Türkiyə millisi Bakıda A qrupunun 2 oyununu keçirəcək. İyunun 17-də rəqib Uels, iyunun 21-də isə İsveçrə olacaq.
Bakı Olimpiya Stadionundakı ilk qarşılaşma isə iyunun 13-də Uels və İsveçrə milliləri arasında təşkil ediləcək.
Oxşar xəbərlər
Türkiyə millisinin Bakıdakı keçirəcəyi oyunların vaxtları məlum oldu
AVRO-2020-nin A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının başlama saatları müəyyənləşib. BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir k...