Azərbaycan millisinin rəqibləri müəyyənləşib

07
noy
2019
18:41
2020-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin elit-raundunun və pley-offunun püşkü atılıb.Litvada keçiriləcək mundiala 6 vəsiqə üçün mübarizə aparacaq 16 komanda 4 qrupa bölünüb.Azərbaycan millisi C qrupunda yer alıb. Yığmamız Rusiya, Slovakiya və Xorvatiya ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyada keçiriləcək.A qrupuPortuqaliya, İtaliya, Belarus, FinlandiyaB qrupu:İspaniya, Serbiya, Ukrayna, FransaC qrupu:Rusiya, Azərbaycan, Slovakiya, XorvatiyaD qrupu:Qazaxıstan, Sloveniya, Rumıniya, Çexiya.Elit-raundun oyunları 2020-ci il yanvarın 27-dən fevralın 5-dək keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq 4 komanda pley-off-da üz-üzə gələcək.Pley-offun püşkatma mərasimi də baş tutub. Azərbaycan yığması ikinci olsa, D qrupunun ikincisi ilə görüşəcək.C qrupunun ikincisi – D qrupunun ikincisiB qrupunun ikincisi – A qrupunun ikincisiPley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Qaliblər həlledici mərhələdə iştirak edəcəklər.Qeyd edək ki, final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil olunacaq. Oyunlar “Kaunas Arena”da, “Vilnüs Arena”da və “Klaipeda Arena”da keçiriləcək.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası qrup mərhələsinin püşkü atılıb
Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.BAKU.WS-in məlumatına görə, Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" A qrupun...
