SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ” Kiprin APOEL klubuna iki oyunun nəticəsinə görə (2:3) məğlub olaraq, mübarizəni dayandırıb. 

BAKU.WS xəbər verir ki, səfərdən 2-1 hesablı üstünlüklə dönən Ağdam klubunun doğma meydanda 0-2 hesablı məğlubiyyətindən daha çox, hücumçu Mahir Emrelinin qonaqların kapitanı Giorgos Merkislə olan dialoqu müzakirə obyektinə çevrilib.

34 yaşlı yunanıstanlı müdafiəçi "Qarabağ"ın futbolçularından biri ilə yaşadığı dialoqu Kipr televiziyasına belə açıqlayıb: "Oyun zamanı epizodların birində hakimdən cərimə zərbəsi tələb etdim. Rəqibin hücumçusu (Mahir Emreli – red) isə mənə dedi ki, “qadın kimi ağlama”. Ona "Ağlamıram, yunanam", - deyə cavab verdim. Mənə cavabında bildirdi ki, “türklərin sənə nə etdiyini xatırlayırsan?” "Yadımdadır, bu gün nə edəcəyinizi göstərin", - deyə ona cavab verdim". Biz ona göstərdik".

Kiprli futbolçunun bu açıqlamasına münasibət öyrənmək üçün "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq.

O, BAKU.WS-ə açıqlamasında kiprli futbolçunun açıqlamasını təxribat kimi qiymətləndirdi: “Biz bu məsələni mətbuatdan izləmişik. Bu kiprli futbolçunun açıqlamasıdır. Onun nə dərərəcə doğru olduğunu bilmirik. Bəlkə də Yunanıstan bayrağını qaldırmaq üçün səbəb axtarırmış. Mahirlə bu barədə söhbətim olmasa da, onun açıqlaması həqiqətə oxşamır. Əslində kiprli futbolçunun belə bir fikir səsləndirməsi gözlənilməz oldu. Təbii ki, bu əvvəlcədən hazırlanmış bir hal idi ki, sonda bayraq da qaldırdı. Bunu Mahirlə əlaqələndirmək düzgün deyil”.


Orxan Hüseyn
BAKU.WS