“XV Avropa Gənclər Yay Olimpiya Festivalı”nın nəqliyyat əməliyyatları planına uyğun olaraq ilk daşımalara başlanılıb.

BAKU.WS Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, iyulun 19-u səhər saatlarında paytaxtımıza gələn ispan atletlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Atletlər kəndinə gətirilib.

Qonaqların, atletlərin yarış və qeyri-yarış məkanlarına daşınmasına Neoplan avtobuslar və miniavtobuslar (Mercedes Sprinter) cəlb edilib.

Qeyd edək ki, iyulun 21-27-də Bakıda keçiriləcək Festivalda 48 ölkənin idmançıları 135 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan 122 idmançı ilə təmsil olunacaq. Qonaqların ümumi sayı isə 3900 nəfər təşkil edəcək.

Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
BAKU.WS


QALEREYA