SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan millisinin üzvü Mixail Malkin qızıl medal qazanıb.

BAKU.WS-in məlumatına görə, idmançımız Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında tamblinq yarışında 77,400 bal toplayıb.

Malkin bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olub. İkinci yeri danimarkalı Adam Mathiesen, üçüncü yer isə rusiyalı Vadim Afanasyev tutub.

Qeyd edək ki, Malkin Bakıda anadan olub. O, tamblinq üzrə milli komandanın baş məşqçisi Adil Hüseynzadənin tələbəsidir.

Abbas
BAKU.WS