Husilər Bab əl-Məndəbdəki son iki adanı da ələ keçiriblər
Husilər Bab əl-Məndəb boğazında onların nəzarətində olmayan son iki adanı - Böyük və Kiçik Haniş adalarını da ələ keçiriblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" AFP-yə istinadən məlumat yayıb.
"Qərb sahilində nəzarətimiz altında olan hər şeyi itirdik", - Yəmən hökumətinin adının açıqlanmasını istəməyən hərbi rəsmisi agentliyə bildirib.
Daha əvvəl husilər Qırmızı dəniz sahilindəki Moxa şəhəri üzərində nəzarəti təmin edib, bundan sonra isə beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinin nəzarətindəki sahilin qalan hissəsini ələ keçiriblər. Nəticədə husilər ölkənin bütün qərb sahili üzərində nəzarəti ələ alıblar.
Oxşar xəbərlər
Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib. BAKU.WS "Haber Global"a istinadən xəbər veri...