38 yaşlı Serxio Ramos karyerasını bu klubda davam etdirəcək

Mərkəz müdafiəçisi Serxio Ramos karyerasını "Boka Xuniors"da davam etdirə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb.
Mənbənin məlumatına görə, Argentina klubu 38 yaşlı ispaniyalını yanvarda heyətinə qatmağa çalışacaq. "Boka Xuniors"un prezidenti Xuan Rikelme şəxsən Ramosla telefon danışığı aparacaq.
Xatırladaq ki, Ramosun son klubu futbolçunun peşəkar karyerasına başladığı "Sevilya" olub. 38 yaşlı futbolçu 2023-cü ilin yayında azad agent kimi doğma komandasına qayıdıb.
Daha əvvəl müdafiəçi "Real Madrid" və Fransanın Paris Saint-Germain klublarında da çıxış edib.
Ötən mövsüm müdafiəçi "Sevilya"nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Kubok qazansa da işdən çıxarıldı
"Tottenhem"in baş məşqçisi Ancelos Postekoqlou klubun Avropa Liqasının finalında qazandığı tarixi qələbəyə baxmayaraq, postunu tərk edib. BAKU.WS xəbər verir ki...
