SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün Çempionlar Liqasının son qalibi "Barselona" və Avropa Liqası çempionu "Sevilya" qarşılaşacaq.
 
BAKU.WS-in məlumatına görə, UEFA Super Kubokunda iki ispan klubu amansız mübarizə aparacaq. Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45 başlayacaq.

Kataloniyalılar ötən mövsüm UEFA Çempionlar Liqası finalında İtaliya təmsilçisi "Yuventus"u 3-1 məğlub edərək kuboku muzeyinə aparmışdı. "Sevilya" isə UEFA Avropa Liqası finalında Ukraynanın "Dnepr" komandasını 3-2 məğlub edərək kubokun sahibi olmuşdu.
 
 
"Barselona"da bu matç öncəsi ən böyük itki Neymardır. Braziliyalı ulduz "kabakulak" xəstəliyi səbəbiylə 2 həftə meydançalardan uzaq qalacaq. Neymar "Barselona"nın bugünki heyətində yer almayacaq. Klubun transfer qadağası səbəbiylə forma geyə bilməyəcək Arda Turan və Aleks Vidal, həmçinin zədələri davam edən Xordi Alba, Adriano və Douqlas da bu oyunda forma geyə bilməyəcək. 

"Sevilya"da isə kubok matçında 2 futbolçusunun xidmətlərindən istifadə edə bilməyəcək. İtalyan oyunçu Ciro İmmobili və argentinalı müdafiəçi Nikola Pareja zədələri səbəbiylə Süper Kubok matçında forma geyə bilməyəcək.
 
 
Qeyd edək ki, iki klub 152-ci dəfə qarşı-qarşıya gələcək. Daha əvvəl oynanan 151 rəsmi mübarizədə "Barselona" ​​79 dəfə meydançadan qalibiyyətlə ayrılıb. Sevilla isə 38 qarşılaşmada gülən tərəf olub. Oynanan 34 matç isə bərabərliklə nəticələnib. İki klub 2006-ci ildə də UEFA Super Kubok matçında qarşı-qarşıya gəlmişdi. Həmin oyunda "Barselona"nı 3-0 hesabı ilə məğlub edən "Sevilya" kuboku başı üzərinə qaldırmışdı. 
 
ŞAHİN Həbibov
BAKU.WS