SİZİN REKLAM BURADA!
055 213 76 73



"Qarabağ"ımız Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda "Roma"nı qəbul edəcək.

BAKU.WS-in məlumatına görə, komandamız ötən gün saat 17:30-da "Azərsun Arena"da bu qarşılaşmanın hazırlıqlarını tamamlayıb.

Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

Qeyd edək ki, "Qarabağ”ımızın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir. Son məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 65000-ə çatıb. Satışda olan bütün biletlər tükənib.

“Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Şahin
BAKU.WS