VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Çempionlar Liqasının (ÇL) ilk turunun ən yaxşı qolu adına namizədlər açıqlanıb.

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, UEFA qalibi müəyyənləşdirmək üçün 5 qol seçib.

Onların sırasında "Çelsi" - "Qarabağ" matçında vurulan qol da var. Söhbət Pedro Rodrigesin 5-ci dəqiqədə hesabı açdığı qoldan gedir.

Avropanın ali futbol qurumu bununla yanaşı, Dortmund "Borussiya"sının üzvü Andrey Yarmolenkonun "Tottenhem"ə və "Beşiktaş"ın hücumçusu Cenk Tosunun "Porto"ya vurduğu qolu da fərqləndirib.

"Beşlik"də "Tottenhem"in forvardı Harri Keynin "Borussiya" ilə görüşdə imza atdığı ilk qol və "Barselona"nın superulduzu Lionel Messinin "Yuventus"a vurduğu birinci qol da yer alıb.

Qalibi müəyyənləşdirmək üçün azarkeşlər arasında səsverməyə start verilib. Ən çox səs toplayan qol ÇL-də ilk turun ən baxımlı qolu seçiləcək.

BAKU.WS