SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünya ulduz Neymar PSJ macərası şou ilə başlayıb.

BAKU.WS-in məlumatına görə, PSJ "Tuluz"a ilə qarşılaşmada 6-2 hesablı qələbə qazanıb.

19-cu dəqiqədə hesabda geri düşən PSJ buraxılan qola 31-ci dəqiqədə Neymarla cavab verib. Neymar 35-ci dəqiqədə isə məhsuldar ötürmə verib və Raboit klubunu önə keçirib. 75-ci dəqiqədə braziliyalı ulduz penalti qaznıb. Kavani düzgün zərbə ilə hesabı 3-1-ə çatdırıb.

78-ci dəqiqədə isə Juilen "Tuluz"un 2-ci qolunu vurub. Ancaq PSJ bu qola əlavə 2 qolla cavab verib. 82-ci dəqiqədə Pastore fərqi ikiyə çatdırıb. 87-ci dəqiqədə isə Neymar möhtəşəm keçidlər edərək topu qapı toruna göndərməyi bacarıb.

Qeyd edək ki, PSJ liqada çıxdığı hər 3 oyunda da qələbə qazanaraq maksimum nəticə əldə edib. Hazırda 9 xalı olan klub top fərqinə görə ilk pillədə qərarlaşıb. "Monako" və "Sent-Etiyen" klubları isə 2-ci və 3-cü pillələri bölüşür. 

Şahin

BAKU.WS