Fiziki məhdudiyyətli körpəsindən imtina edən ana ilə bağlı şübhəli məqamlar
İyunun 27-də Sabunçu Tibb Mərkəzində 36 həftəlik hamilə qadının qeysəriyyə əməliyyatı ilə oğlu dünyaya gəlib.
Çoxsaylı inkişaf qüsurları ilə doğulan körpədən ana iyunun 30-da imtina edib. Məsələni şərh edən mama-ginekoloq Vüsalə Əsgərova hadisəni "çox acınacaqlı vəziyyət" adlandırıb və hamiləlik zamanı müayinələrin vacibliyini vurğulayıb: "Biz bilmirik ki, orada nə baş verib. Ümumiyyətlə, qadın müayinəyə gedibmi, vaxtında yoxlanılıbdırmı?".
Həkim bildirib ki, hamilə qadınlar yaşadıqları ərazi üzrə qadın məsləhətxanasında qeydiyyata düşməli və mütəmadi müayinələrdən keçməlidirlər: "Hər bir hamilə hamiləlik müddətində yeddi dəfə fizioloji olaraq müayinələrə gəlməlidir. Bu, məcburidir". Mama-ginekoloqun sözlərinə görə, müasir tibbi protokollar bir sıra inkişaf patologiyalarının vaxtında aşkarlanmasına imkan verir:
"Bu gün əlimizdəki protokollar bizə imkan verir ki, skrininq müayinələri aparaq. Bu hallarda hansısa patologiya ilə qarşılaşırıqsa, biz mütləq NIPT testlərinə müraciət edirik". Həkim qeyd edib ki, belə halların səbəbləri əsasən genetik və xromosom amilləri, eləcə də hamiləliyin ilkin dövründə keçirilən kəskin infeksiya və viruslarla əlaqəli ola bilər:
"Bu, vaxtında müraciət edilərsə, aşkarlanır və tədbirlər görülür".
Mama-ginekoloq hamilə qadınların vaxtında həkimə müraciət etməsinin vacibliyini vurğulayıb: "Vaxtında tədbirlərimizi, təbliğatlarımızı aparmalıyıq ki, sağlam uşaqlar dünyaya gəlsin. Belə acınacaqlı vəziyyətlərlə qarşılaşmayaq".
Oxşar xəbərlər
AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır. Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azər...