Pirəkəşküldə qorxulu anlar: Zəhərli ilanlar evlərə doluşub
Gürzələr evlərə doluşub, sakinlər evlərində qala bilmədiklərini iddia edirlər.
BAKU.WS "Xəzər" TV-yə istinadla xəbər verir ki, Abşeronun Pirəkəşkül kəndində yaşayan 51 yaşlı sakin Nailə Alıyeva bildirir ki, indiyədək 4 gürzə ilanını öldürmək məcburiyyətində qalıb.
Onun sözlərinə görə, xüsusilə gecə saatlarında evə daxil olan zəhərli ilanlar ailə üzvlərinin rahatlığını əlindən alıb.
Nailə Alıyeva deyir ki, vəziyyətin təhlükəli olması səbəbindən bir müddət kənddən uzaqlaşaraq Sumqayıtda kirayə evdə yaşamaq məcburiyyətində qalıblar. Lakin maddi imkanları kirayədə uzun müddət qalmağa imkan vermədiyindən yenidən kənddəki evlərinə qayıdıblar. Onun sözlərinə görə, gürzələrin sayı artdıqca kənddə yaşayan insanlar daha da təşvişə düşürlər. Hətta, iddia olunur ki, zəhərli ilanlar heyvanlara da hücum edirək bəzi hallarda onları tələf edir.
Sakinlər bildirirlər ki, xüsusilə uşaqlar və yaşlılar üçün ciddi təhlükə yaranıb. Onlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini, ilanların məskunlaşdığı yerlərin müəyyən edilərək zəruri tədbirlərin görülməsini istəyirlər.
Oxşar xəbərlər
Bakı, Ağdaş, Tərtər və Yevlaxın bir hissəsində İŞIQ OLMAYACAQ
Bugün Bakının Yasamal, həmçinin Ağdaş, Tərtər və Yevlax rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. BAKU.WS xəbər verir...