SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Şerif” üzərində qazandığı 2:1 hesablı qələbəni şərh edib.

BAKU.WS klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis oyunun çətin keçəcəyini gözlədiklərini bildirib:

"Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandı. Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Çalışacağıq ki, pley-off-da da yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm".
 
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu oldu.
 
Tuncay
BAKU.WS