
"Qəbələ" komandası futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.
BAKU.WS "Report”a istinadən xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv "Bakcell Arena"da Polşa təmsilçisi "Yagelloniya”nı qəbul edib.
Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Görüşdə hesabı qonaqlar açıb. Qarşılaşmanın 15-ci dəqiqəsində polşalıların kapitanı Taras Romançuk fərqlənib. Lakin fasilədən dərhal sonra "Qəbələ" Stiv Jozef-Monrozun dəqiq zərbəsi ilə oyunda tarazılıq yaradıb.
Qeyd edək ki, bu kollektivlər arasında cavab oyunu iyulun 20-də Polşanın Belostok şəhərində keçiriləcək.
Avropa Liqası, II təsnifat mərhələsi
"Qəbələ” (Azərbaycan) – "Yagelloniya” (Polşa) - 1:1
Qollar: Stiven Jozef-Monroz, 47 - Taras Romançuk, 15
Baş hakim: Marko Frits
Baş hakimin köməkçiləri: Holqer Henşel, Marsel Pelqrim
Dördüncü hakim: Qvido Uinkmann (hakimlər briqadası Almaniyadandır)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
Bakı. "Bakcell Arena”
BAKU.WS