Azərbaycanın FIFA referisi pley-off matçına təyinat alıb
16
avq
2024
15:43
FIFA referisi Elçin Məsiyev avrokubok oyununa təyinat alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, referi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Partizan" (Serbiya) - "Gent" (Belçika) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Kamal Umudlu VAR, Rəşad Əhmədov isə AVAR hakimi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, görüş avqustun 22-də Belqrad şəhərində yerləşən "Partizan" stadionunda keçiriləcək.
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB - 11
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Sabah" - "Makkabi" (Hayfa, İsrail) ilə qarşılaşıb. Bakıdakı “Bank Respublika Arena”da baş tutan...