Qarabağa investisiya ilə bağlı 39 ölkədən müraciət edilib

Qarabağa investisiya ilə bağlı 39 ölkədən müraciət edilib
İqtisadiyyat 34

Qarabağ bölgəsinə investisiya qoyuluşu üçün daxil olmuş müraciətlər 39 ölkəni əhatə edir.

BAKU.WS Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov bildirib.

Onun sözlərinə görə, müraciətlər arasında Türkiyə, İran, Macarıstan, Qazaxıstan və Rusiyadan olan investorların payı daha çoxdur: "Bu, bölgəyə beynəlxalq marağın artdığını və Qarabağda yaradılan biznes mühitinin investorlar üçün cəlbedici olduğunu nümayiş etdirir".

"Hazırda xarici investorların iştirakı ilə bir sıra iri layihələr icra olunur. Həyata keçirilən təşəbbüslər çərçivəsində Türkiyənin "Dəmirörən" və "Dost Aqropark", Özbəkistanın "Agro Sonuat İnnovator" şirkəti tərəfindən nar bağlarının salınması, Litvanın AVİZ-də "Dominari" mebel klasteri, İsveçrənin AVİZ-də "Holcim" sement anbarı, Rusiyanın AVİZ-də "Kamaz" xidmət mərkəzi, Pakistanın "Azerbaijan Rice Processing Mill" MMC, eləcə də Belarusiyanın "Agrokombinat Dzerjinski" ASC quşçuluq təsərrüfatının yaradılması kimi layihələr həyata keçirir. Bu layihələr regionda istehsal və xidmət infrastrukturunun genişləndirilməsinə xidmət edir", - deyə vergi rəsmisi qeyd edib.

O, vurğulayıb ki, Qarabağ bölgəsində investisiya layihələrinin həyata keçirilməsi yalnız iqtisadi fəallığın artırılmasına deyil, həm də yeni iş yerlərinin yaradılmasına, yerli sahibkarlığın inkişafına və müasir texnologiyaların tətbiqinə şərait yaradır: "Xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr bölgənin istehsal potensialının gücləndirilməsinə mühüm töhfə verir. Bölgədə müəyyən edilmiş prioritet istiqamətlərə uyğun olaraq kənd təsərrüfatı, turizm, emal sənayesi və xidmət sektoru əsas inkişaf sahələri kimi müəyyən edilib. Bu sahələr üzrə layihələrin icrası Qarabağın iqtisadi inteqrasiyasını sürətləndirir və dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət edir. Qarşıdakı dövrdə də xarici investorlarla əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin cəlb olunması istiqamətində işlər davam etdiriləcək".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər