İbrahim İbrahimova yeni vəzifə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində yeni təyinat olub.
BAKU.WS Banker.az-a istinadən xəbər verir ki, İbrahim İbrahimov Dövlət Statistika Komitəsi sədrinin müşaviri vəzifəsinə təyin edilib.
O, 2021-ci ilin mayından 2024-cü ilin yanvarına kimi İcbari Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya sisteminin idarə edilməsi departamentinin rəhbəri olub. 2024-cü ilin yanvarından 2026-cı ilin mayına kimi isə "Rəqəmsal Tibbi Həllər" MMC-də Rəqəmsal sistemlərin inkişafı departamentinin rəhbəri kimi çalışıb.
İbrahim İbrahimov 2006-10-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2012-14-cü illərdə isə kompüter elmləri ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...