Rövşən Nəcəf: "Neftçi"yə UEFA Çempionlar Liqasında uğurlar arzulayırıq
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Yüksək Liqada ardıcıl üçüncü dəfə ölkə çempion olan "Neftçi"nin qadınlardan ibarət komandasını təbrik edib.
BAKU.WS xəbər verir ki, R. Nəcəf bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Neftçi"nin qadınlardan ibarət komandası futbol üzrə Yüksək Liqada ardıcıl üçüncü dəfə ölkə çempionu olub", - o bildirib və əlavə edib ki, sona 2 tur qalmış "Sumqayıt" üzərində 6:0 hesablı qələbə qazanaraq çempionluğu rəsmiləşdirən "ağ-qaralar" növbəti dəfə qadınlar arasında UEFA Çempionlar Liqasında iştirak hüququ əldə ediblər:
"Komandanın bütün kollektivini, məşqçilər heyətini və futbolçuları ürəkdən təbrik edir, UEFA Çempionlar Liqasında uğurlar və yeni qələbələr arzulayırıq!".
Qeyd edək ki, "Neftçi"nin qadınlardan ibarət komandası Yüksək Liqada ardıcıl üçüncü dəfə ölkə çempionu olub.
“Neftçi”nin qadınlardan ibarət komandası futbol üzrə Yüksək Liqada ardıcıl üçüncü dəfə ölkə çempionu olub.
— Rovshan Najaf (@RovshanNajaf) May 13, 2026
Sona 2 tur qalmış “Sumqayıt” üzərində 6:0 hesablı qələbə qazanaraq çempionluğu rəsmiləşdirən “ağ-qaralar” növbəti dəfə qadınlar arasında UEFA Çempionlar Liqasında iştirak… pic.twitter.com/5OoqiXUn74
Oxşar xəbərlər
Azərbaycan millisi yoldaşlıq matçında Maltaya məğlub olub
Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu yoldaşlıq matçında qüvvəsini sınayıb. BAKU.WS xəbər verir k...