Hidayət Heydərov: Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək
"Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək".
Bunu "Report"un Parisə ezam olunmuş əməkdaşına açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçu Hidayət Heydərov deyib.
Azərbaycan yığmasının lideri bu qələbə sayəsində medal kolleksiyasını tamamladığını bildirib:
“Medal kolleksiyamı tamamladım. 4 il idi ki, bu yarışa hazırlaşırdım. Bundan sonra 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadaya hazırlaşacağam. Səhifələrdə mənimlə bağlı yazılan rəyləri oxuyuram.
Məni dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Biz qalib xalqın övladlarıyıq. Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək”.
Oxşar xəbərlər
Hidayət Heydərov olimpiadada qızıl medal qazandı - YENİLƏNİB+VİDEO
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finalda qalib gəlib. 73 kq çəki dərəcəsində yer alan idmançı...