"Barselona" Olmoya görə "Leypsiq"ə 60 milyon təklif edib

Barselona Olmoya görə Leypsiqə 60 milyon təklif edib
İdman 41

"Barselona" klubunun idman direktoru Deku "Leypsiq" klubunun futbolçusu Daniel Olmonun agenti ilə əlaqə saxlayıb.

BAKU.WS xəbər verir ki, bu informasiyanı Mundo Deportivo yayıb. Mənbənin məlumatına görə, Deku İspaniya yığmasının formasını geyinən futbolçuya 6 illik müqavilə təklif edib. "Barselona" Olmo üçün "Leypsiq"ə 60 milyon avro təklif edib.

Qeyd edək ki, Olmo ötən mövsüm klub və yığma komandanın forması ilə ümumilikdə 32 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 13 qol və yeddi məhsuldar ötürməyə imza atıb. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayınadəkdir.

Son xəbərlər