"Qarabağ" dünya reytinqində 14 pillə irəliləyib - SİYAHI

Qarabağ dünya reytinqində 14 pillə irəliləyib - SİYAHI
İdman 69

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

504 klubun yer aldığı siyahıya Azərbaycanın dörd təmsilçisi düşüb.

14 pillə irəliləyən "Qarabağ" (191,25 xal) 39-cu yerdə qərarlaşıb.

"Zirə" (62,25 xaç) səkkiz pillə irəliləyərək 361-ci, "Sabah" (60,75) doqquz mövqe artıraraq 379-cu, "Neftçi" (59,25 xal) altı sıra irəliləyərək 397-ci olub.

Qeyd edək ki, dünya reytinqinə İspaniyanın "Real" klubu (371 xal) başçılıq edir.

Tam siyahı ilə BURADAN tanış ola bilərsiniz.

Son xəbərlər