SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniya millisi Avropa çempionatının yarımfinalına yüksələcəyi təqdirdə, müdafiəçi Antonio Rüdiger meydana çıxa bilməyəcək.

"Report" xəbər verir ki, AVRO-2024-ün 1/4 finalının İspaniya ilə görüşündə sarı vərəqə alan Madrid "Real"ının futbolçusu növbəti matçda komandasına kömək edə bilməyəcək.

31 yaşlı oyunçu qrup mərhələsinin II turunda keçirilən Macarıstan ilə matçda da rəsmi xəbərdarlıq aldığından sarı vərəqə limitini doldurub.

Qeyd edək ki, hazırda davam edən İspaniya - Almaniya görşündə qələbə qazanan tərəf yarımfinalda Portuqaliya - Fransa cütünün qalibi ilə qarşılaşacaq.

BAKU.WS