Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk günü iki medalla başa vurublar

Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk günü iki medalla başa vurublar
İdman 25

Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatında ilk günü iki medalla başa vurublar.

"Report"un Sofiyaya ezam olunmuş əməkdaşının məlumatına görə, son olaraq Nihad Rəhimov (60 kq) üçüncü yer uğrunda qarşılaşmada İsraildən olan Şalev Kohenə uduzub.

Diana Eldarova (48 kq) isə bürünc medal görüşündə Sofia Zaxarova ilə bacarmayıb.

Daha əvvəl Bahadır Feyzullayev Avropa çempionu olub, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, turnir iyunun 30-da başa çatacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər