SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandası ilə yollarını ayırıb.

BAKU.WS xəbər verir ki, bu barədə qapıçı özü sosial media hesabında paylaşım edib.

Qolkiper paylaşımına, “Hər şey üçün təşəkkürlər, Adana”, - şərhini yazıb.

Qeyd edək ki, futbolçu ötən ilin yayında “Qarabağ”dan Adana təmsilçisinə keçib. Ş. Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qol buraxıb.

BAKU.WS
VİDEO