Türkiyə futbolunda gözlənilməz ayrılıq - Dünya ulduzu gedir - FOTO
Türkiyə Super Liqasının güclü komandalarından olan "Adana Dəmirspor"da sürpriz ayrılıq var.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Adana Dəmirspor" italiyalı hücumçu Mario Balotelli ilə yollarını ayırır.
Belə ki, Balotellinin "Adana Dəmirspor"dakı ikinci dövrü gözləniləndən daha qısa olub.
“Adana Dəmirspor"un ilk dəfə 2021/2022 mövsümündə heyətinə qatdığı Mario Balotelli 2023/2024 mövsümündən əvvəl ikinci dəfə "Sion"dan transfer olunub.
Mario Balotelli bu mövsüm "Adana Dəmirspor"la 5 matçda 3 qol vurub.
Mario Balotelli karyerası ərzində “İnter”, “Milan”, “Mançester Siti”, “Liverpul”, “Nitsa”, “Marsel”, “Breşiya”, “Monza”, “Sion” və “Adana Dəmirspor” klublarında çıxış edib.
Qalereya
Oxşar xəbərlər
Balotelli Şahruddinlə komanda yoldaşı oldu - FOTO/VİDEO
Türkiyənin “Adana Demirspor” klubu İtaliyalı hücumçu Mario Balotelli ilə müqavilə imzalayıb. BAKU.WS xəbər verir ki, bu barədə klub məlumat yayıb. “Klubumuz Ma...