"Dinamo" Kurban Berdıyevlə vidalaşıb
"Turan Tovuz"un baş məşqçisi təyin olunacağı gözlənilən Kurban Berdıyev "Dinamo"dan ayrılıb.
BAKU.WS İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Mahaçqala klubu açıqlama yayıb.
Komandada prezidentin müşaviri vəzifəsini tutan Berdıyevə gördüyü işlərə görə təşəkkür edilib: "Kurban Bekiçeviç sizə böyük təşəkkürümüzü çatdırırq! "Dinamo"nun tarixində ilk dəfə yüksək liqaya vəsiqə qazanılmasında futbolçulara çox şey öyrətdiniz. Əks halda böyük uğuru qazanmaq çətin olardı. Sizə yeni klubunuzda uğurlar arzulayırıq".
Qeyd ki, Berdıyevin "Turan Tovuz"la 2-1 müqavilə imzaladığı xəbərləri yayılıb. 71 yaşlı mütəxəssisin qarşıdakı günlərdə idman ictimaiyyətinə təqdim olunması gözlənilir.
Oxşar xəbərlər
Xorvatiyada iz qoymaq istəyən Mahir Emreli: “Bura ehtiyat oyunçular skamyasında kubok qaldırmağa gəlməmişəm”
Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli “Sportske” nəşrinə müsahibə verib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ötən mövsümü icarə əsasın...