"Dinamo" Kurban Berdıyevlə vidalaşıb

Dinamo Kurban Berdıyevlə vidalaşıb
İdman 42

"Turan Tovuz"un baş məşqçisi təyin olunacağı gözlənilən Kurban Berdıyev "Dinamo"dan ayrılıb.

BAKU.WS İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Mahaçqala klubu açıqlama yayıb.

Komandada prezidentin müşaviri vəzifəsini tutan Berdıyevə gördüyü işlərə görə təşəkkür edilib: "Kurban Bekiçeviç sizə böyük təşəkkürümüzü çatdırırq! "Dinamo"nun tarixində ilk dəfə yüksək liqaya vəsiqə qazanılmasında futbolçulara çox şey öyrətdiniz. Əks halda böyük uğuru qazanmaq çətin olardı. Sizə yeni klubunuzda uğurlar arzulayırıq".

Qeyd ki, Berdıyevin "Turan Tovuz"la 2-1 müqavilə imzaladığı xəbərləri yayılıb. 71 yaşlı mütəxəssisin qarşıdakı günlərdə idman ictimaiyyətinə təqdim olunması gözlənilir.

Son xəbərlər