SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşü başa çatıb.

Qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.

Görüşdə hesabı 69-cu dəqiqədə Yan Karniçnik açıb. 90+5-ci dəqiqədə isə Luka Yociç yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, bu qrupun digər oyununda Danimarka İngiltərə ilə qarşılaşacaq.

***18:27

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşündə hesab açılıb.

69-cu dəqiqədə sloveniyalılar hesabda önə çıxıb.

Yan Karniçnik adını tabloya yazdırıb.

***17:49

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşündə ilk hissə başa çatıb.

***17.24

AVRO-2024-ün qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşü start götürüb.

BAKU.WS xəbər verir ki, Münhen şəhərindəki "Alyans Arena"da başlayan C qrupunun oyununu rumıniyalı hakim İştvan Kovaç idarə edir.

Qeyd edək ki, ilk turun nəticələrinə görə, Serbiyanın 1, Slaveniyanın 0 xalı var.

BAKU.WS