AVRO-2024: Almaniya turnirdə ikinci qələbəsini qazanıb - YENİLƏNİB - 5
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya - Macarıstan matçı başa çatıb.
Qarşılaşma Bundestimin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Almanların heytində hesabı 23-cü dəqiqədə Camal Musiala açıb. 67-ci dəqiqədə isə İlkay Gündoğan matçın yekun hesabını müəyyənləşdirib.
Qeyd edək ki, A qrupunun ilk görüşündə ALmaniya Şotlandiya yığmasına da qalib gəlmişdi - 5:1.
***21:25
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya - Macarıstan matçında ikinci qol vurulub.
Bundestim 67-ci dəqiqədə üstünlüyünü bir qədər də möhkəmləndirib - 2:0.
İlkay Gündoğan adını tabloya yazdırıb.
Qarşılaşma davam edir.
***21:02
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya - Macarıstan matçında ikinci hissə start götürüb.
Bundestim ilk hissədən sonra 1:0 hesabı ilə öndədir.
23-cü dəqiqədə Camal Musiala adını tabloya yazdırıb.
***20:48
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Almaniya - Macarıstan matçında birinci hissə bitib.
İlk hissə meydan sahiblərinin üstünlüyü ilə başa çatıb.
***20:22
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Almaniya - Macarıstan matçında hesab açılıb.
Ştutqart şəhərində davam edən matçda "Bundestim" hesabı açıb.
23-cü dəqiqədə Camal Musiala adını tabloya yazdırıb.
***20:22
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Almaniya və Macarıstan yığmaları üz-üzə gəlir.
"Report" xəbər verir ki, A qrupunun matçı Ştutqart şəhərində start götürüb.
Qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir.
Oxşar xəbərlər
AVRO-2024: Xorvatiya - Albaniya matçı heç-heç yekunlaşıb - YENİLƏNİB 6
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Xorvatiya və Albaniya yığmaları üz-üzə gəlib. BAKU.WS...