AVRO-2024: Xorvatiya - Albaniya matçı heç-heç yekunlaşıb - YENİLƏNİB 6
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Xorvatiya və Albaniya yığmaları üz-üzə gəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki,Hamburq şəhərində baş tutan matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.
Hesabı 11-ci dəqiqədə albanlardan Kyazim Laçi açıb. 74-cü dəqiqədə Andrey Kramariç "status-kvo"nu bərpa edib. İki dəqiqə sonra Klaus Qyasulya avtoqol müəllifi olmaqla xorvatları hesabda önə çıxarıb. Bu futbolçu 90+5-ci dəqiqədə daha bir qol vurmaqla yekun nəticəni müəyyənləşdirib - 2:2..
Qeyd edək ki, xorvatlar B qrunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.
***18:38
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında hesab növbəti dəfə dəyişib.
BAKU.WS report-a istinadən xəbər verir ki, albanların heyətində Klaus Qyasulya 76-cı dəqiqədə avtoqol müəllifi olub.
Bununla da Xorvaiya yığması 2:1 hesabı ilə önə keçib.
***17:53
Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Xorvatiya - Albaniya matçında ilk hissə yekunlaşıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, albanlar fasiləyə 1:0 hesablı üstünlüklə yollanıblar.
Yeganə qolu 11-ci dəqiqədə Kyazim xorvatların qapısından keçirib.
***17:21
Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Xorvatiya - Albaniya matçında hesab açılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, albanlar 11-ci dəqiqədə hesabda önə çıxıb.
Kyazim Laçi adını tabloya yazdırıb.
***17:04
Bu gün futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun növbəti görüşləri çərçivəsində Xorvatiya və Albaniya yığmaları üz-üzə gəlir.
BAKU.WS xəbər verir ki, Hamburq şəhərində keçirilən matçı fransalı beynəlxalq dərəcəli baş hakim Fransua Leteksye idarə edir.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb.
Oxşar xəbərlər
DÇ-2022: Xorvatiya millisi bürünc medal qazanıb - YENİLƏNİB
Qətərdə keçirilən dünya çempionatında bürünc medal qazan komanda bəlli olub. BAKU.WS xəbər verir ki, üçüncü yer uğrunda oyunda Xorvatiya və Mərakeş yığmaları üz...