DÇ-2022: Xorvatiya millisi bürünc medal qazanıb - YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatında bürünc medal qazan komanda bəlli olub.
BAKU.WS xəbər verir ki, üçüncü yer uğrunda oyunda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəliblər.
Qarşılaşma Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. "Damalılar"ın qollarını 7-ci dəqiqədə Yosko Qvardiol, 42-ci dəqiqədə Mislav Orşiç vurub. Afrikalıların heyətində Əşrəf Dari 9-cu dəqiqədə fərqlənib.
Beləliklə, Xorvatiya seçməsi tarixində 2 dəfə mundialın bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, Dekabrın 18-də DÇ-2022-nin finalında Argentina və Fransa yığmaları üz-üzə gələcəklər.
***20:01
Qətərdə keçirilən dünya çempionatının 3-cü yer uğrunda keçirilən Xorvatiya - Mərakeş matçında ikinci hissə başlayıb.
İlk hissə Xorvatiyanın 2:1 hesablı üstünlüyü ilə bitib.
***19:47
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda ilk hissə başa çatıb.
BAKU.WS xəbər verir ki, Avropa təmsilçisi fasiləyə öndə yollanıb - 2:1.
***19:43
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda üçüncü qol vurulub.
BAKU.WS xəbər verir ki, 42-ci dəqiqədə Avropa təmsilçisi yenidən önə keçib - 2:1.
Xorvatiya millisinin heyətində Mislav Orsiç fərqlənib.
***19:12
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda ikinci qol vurulub.
BAKU.WS xəbər verir ki, 9-cu dəqiqədə Afrika təmsilçisi hesabı bərabərləşdirib.
Mərakeş millisinin heyətində Əşrəf Dari fərqlənib.
***19:08
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda hesab açılıb.
BAKU.WS xəbər verir ki, 7-ci dəqiqədə Yosko Qvardiol Avropa təmsilçisini hesabda önə keçirib.
***19:00
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyun başlayıb.
BAKU.WS xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.
Oxşar xəbərlər
DÇ-2022: Fransa millisi finalda Argentinaya rəqib olub - YENİLƏNİB
Qətərdə keçirilən dünya çempionatında sonuncu finalçının adına aydınlıq gəlib. Yarımfinalda Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edən Fransa millisi həlledic...
