DÇ-2022: Xorvatiya ilk qələbəsini qazanıb, Kanada mərhələ şansını itirib - YENİLƏNİB

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.
Günün üçüncü matçında F qrupunda Xorvatiya və Kanada milliləri üz-üzə gəliblər.
Avropa təmsilçisi rəqibini 4:1 hesabı ilə üstələyib. Görüşdə hesabı 2-ci dəqiqədə Kanada yığmasının heyətində Alfonso Deyvis açıb.
Xorvatların qollarını 36-cı və 70-ci dəqiqələrdə Andrey Kramariç, 44-cü dəqiqədə Marko Livaya, 90+4-cü dəqiqədə isə Lovro Mayer vurub.
Ötən mundialın finalçısı qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb və liderliyə yüksəlib. İkinci sıradakı Mərakeş kollektivinin də eyni xalı var. Belçika 3 xalla üçüncü yerdədir. Xalı olmayan Kanada kollektivi növbəti mərhələ şanslarını itirib.
***21:31
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub.
Avropa təmsilçisi hesab arasındakı fərqi artırıb - 3:1.
Andrey Kramariç 70-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
***20:50
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub.
Avropa təmsilçisi hesabda önə keçib - 2:1.
Xorvatiya seçməsinin ikinci qolunu 44-cü dəqiqədə Marko Livaya vurub.
***20:41
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub.
Avropa təmsilçisi hesabı bərabərləşdirib - 1:1
Xorvatiya yığmasının heyətində Andrey Kramariç 36-cı dəqiqədə tarazlığı bərpa edib.
***20:04
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda hesab açılıb.
2-ci dəqiqədə Alfonso Deyvis Kanadanı önə keçirib - 1:0.
***20:01
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyunu başlayıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
***19:22
Qətərdə keçirilən dünya çempionatının F qrupunun ikinci turunda üz-üzə gələcək Xorvatiya və Kanada yığmalarının start heyətləri açıqlanıb.
Komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:
Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yosko Qvardiol, Borna Sosa, Luka Modriç, Marselo Brozoviç, Mateo Kovaçiç, Marko Livaya, İvan Perişiç, Andrey Kramariç.
Kanada: Milan Boryan; Riçi Lareya, Alister Conston, Stiven Vitoriya, Kamal Miller, Alfonso Deyvis; Tedjon Byukenen, Atiba Hatçinson, Stiven Euştakiu, Kayl Larin; Conatan Devid.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Oxşar xəbərlər
DÇ-2022: Mərakeş millisi Belçikanı məğlub edib - YENİLƏNİB
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub. Günün ikinci matçında F qrupunda Belçika və Mərakeş...