SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya - Macarıstan matçı başa çatıb.

Qarşılaşma Bundestimin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Almanların heytində hesabı 23-cü dəqiqədə Camal Musiala açıb. 67-ci dəqiqədə isə İlkay Gündoğan matçın yekun hesabını müəyyənləşdirib.

Qeyd edək ki, A qrupunun ilk görüşündə ALmaniya Şotlandiya yığmasına da qalib gəlmişdi - 5:1.

***21:25

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya - Macarıstan matçında ikinci qol vurulub.

Bundestim 67-ci dəqiqədə üstünlüyünü bir qədər də möhkəmləndirib - 2:0.

İlkay Gündoğan adını tabloya yazdırıb.

Qarşılaşma davam edir.

***21:02

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya - Macarıstan matçında ikinci hissə start götürüb.

Bundestim ilk hissədən sonra 1:0 hesabı ilə öndədir.

23-cü dəqiqədə Camal Musiala adını tabloya yazdırıb.

***20:48

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Almaniya - Macarıstan matçında birinci hissə bitib.

İlk hissə meydan sahiblərinin üstünlüyü ilə başa çatıb.

***20:22

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Almaniya - Macarıstan matçında hesab açılıb.

Ştutqart şəhərində davam edən matçda "Bundestim" hesabı açıb.

23-cü dəqiqədə Camal Musiala adını tabloya yazdırıb.

***20:22

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Almaniya və Macarıstan yığmaları üz-üzə gəlir.

"Report" xəbər verir ki, A qrupunun matçı Ştutqart şəhərində start götürüb.

Qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir.

BAKU.WS