Harri Keyn Avropa və dünya çempionatlarında ən çox oyuna çıxan ingiltərəli futbolçu olub

Harri Keyn Avropa və dünya çempionatlarında ən çox oyuna çıxan ingiltərəli futbolçu olub
İdman 25

"Bavariya" klubunda çıxış edən Harri Keyn İngiltərə millisinin tarixinə düşüb.

"Report" "Opta Sports"a istinadən xəbər verir ki, hücumçu buna Almaniyada keçirilən Avropa çempionatının I turunda Serbiya komandası ilə görüşdə meydana çıxmaqla nail olub.

Forvard yığmada dünya və Avropa çempionatlarında ən çox matça çıxan oyunçudur. Əsas turnirlərdə 23-cü qarşılaşmasını keçirən Keyn bu göstəricidə Eşli Koulu geridə qoyub.

Qeyd edək ki, İngiltərə Serbiyanı minimal hesabla üstələyib - 1:0. AVRO-2024 iyulun 14-də başa çatacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Harri Keyndən yeni rekord

Harri Keyndən yeni rekord

"Bayern"in ulduzu Harri Keyn karyerasının ən çox qol vurduğu mövsümünü yaşayır. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, "Real Madrid"lə qarşılaşmada q...

94 İdman 18:43 01 may 2024

Son xəbərlər