SİZİN REKLAM BURADA!
055 213 76 73


Zədələrdən sonra meydanlara qayıdan "Real Madrid"in gənc ulduzu Arda Gülər ​​üçün edilən transfer təklifləri ortaya çıxıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, növbəti mövsümdə futbolçunu icarəyə götürmək üçün 10-a yaxın təklif gəlib.

Təkliflərin hamısı Premyer Liqa, Bundesilqa, Serie A və La Liqadandır.

Arda Gülər ​​komandadan ayrılmaq istəmir və Karlo Ançelotti onun gələn mövsüm komandada qalacağını açıqlayıb.

"Real Madrid" rəhbərliyi futbolçunu saxlamaq istəyir. Beləliklə, bütün təkliflər qeyd-şərtsiz rədd edilir.

Qeyd edək ki, Arda 10 liqa matçında 373 dəqiqə oynayıb və 6 qol vurub.

BAKU.WS