Mbappe Parisin mərkəzində 250 nəfərlik vida məclisi təşkil etdi

Mbappe Parisin mərkəzində 250 nəfərlik vida məclisi təşkil etdi
İdman 205

PSJ-nin hücumçusu Kilian Mbappe klubdan ayrılması münasibətilə Parisin mərkəzində 250 nəfərlik vida yeməyi təşkil edib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, dəvət olunan dostlar arasında Fransa prezidenti Emmanuel Makron da olub.

Xatırladaq ki, 2024-cü ilin yayında 25 yaşlı futbolçunun Paris klubu ilə müqaviləsi başa çatır və onun azad agent kimi "Real Madrid"ə keçəcəyi deyilir.

Mbappe "kral klubu" ilə 5 illik müqavilə imzalayacaq.

Madrid təmsilçisinin prezidenti Florentino Peres Karlo Ançelottinin məşqçilər korpusuna Mbappenin "Real"ın yeni oyunçusu olacağı barədə məlumat verib.

Bu mövsüm Mbappe PSJ-nin heyətində 47 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə edib. Liqa 1-in nəticələrinə görə, hücumçu 27 qol və 7 məhsuldar ötürmə ilə çempionatın bombardiri olub.

Son xəbərlər