Azərbaycan parataekvondoçusu Avropa çempionu olub
11
may
2024
19:50
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Serbiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Azərbaycan Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda türkiyəli rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, İmaməddin Xəlilov ötən il Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında da birinci olmuşdu.
Oxşar xəbərlər
Bu gün Hacı Əliyevin doğum günüdür!
Bu gün sərbəst güləş üzrə Azərbaycanın yeganə 3 qat dünya çempionu, Rio Olimpiya Oyunlarının bürünc mükafatçısı, dördqat Avropa çempionu Hacı Əliyevin 33 yaşı t...