SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Dubai Police Global Chess Challenge” şahmat turniri başlayır.

BAKU.WS “Oxu.Az”a istinadən xəbər verir ki, üç kateqoriya üzrə təşkil olunan yarışda beş Azərbaycan şahmatçısı mübarizə aparacaq.

Güclülərin döyüşündə Eltac Səfərli (2612), Aydın Süleymanlı (2607) və Əhməd Xaqan (2321) iştirak edəcəklər. B kateqoriyasında Ayan Allahverdiyeva (2152) və Kamal İsfəndiyarlı (1836) rəqibləri ilə üz-üzə gələcəklər.

18 yaşadək şahmatçılardan isə Məhəmməd Kazımzadə və Elşad Yusif Əliyev çıxış edəcəklər.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçiriləcək yarış doqquz turdan ibarət olacaq. Ümumi mükafat fondu 125 000 dollar olan turnir mayın 13-də başa çatacaq.

BAKU.WS