SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA İcraiyyə Komitəsi qarşıdan gələn Avropa Çempionatı üçün komandaların oyunçularının sayının 23-dən 26-ya çatdırılması barədə qərar qəbul edib.

BAKU.WS-in xəbərinə görə, bu barədə "L'Equipe" nəşri yazır.

Mənbənin sözlərinə görə, indi oyunçuların hər biri matç günü komanda vərəqində qeyd olunmalıdır.

Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo və Fransa millisinin baş məşqçisi Didye Deşamın bu qərara qarşı çıxdığı vurğulanır.

Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyada baş tutacaq. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

BAKU.WS