Ülviyyə Fətəliyevanın Rodos triumfu - VİDEO
01
may
2024
14:52
Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olan həmyerlimiz Ülviyyə Fətəliyevaya kubokunun verilmə anının görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, sözügedən videonu Avropa Şahmat İttifaqının rəsmi sosial şəbəkə hesabı paylaşıb.
Ülviyyə Fətəliyeva qalib kürsüsünə çiyinlərinə üçrəngli bayrağımızı ataraq çıxıb.
Xatırladaq ki, Avropa çempionatının qalibi olan 27 yaşlı qrosmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb.
Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib.
Oxşar xəbərlər
Ülviyyə Fətəliyeva: Qələbəmi yeni nəsil şahmatçılara həsr edirəm
Qələbəmi yeni nəsil şahmatçılara həsr edirəm. “Report” xəbər verir ki, bunu şahmat üzrə Avropa çempionu Ülviyyə Fətəliyeva hava limanında qarşılanarkən söyləyib...