SİZİN REKLAM BURADA!
055 213 76 73


“Neftçi” komandası 2024/2025 mövsümünün əvvəlində yeni təlim-məşq bazasına köçəcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu “ağ-qaralar”ın idman direktoru Yens Andersson mətbuat konfransında deyib.

İsveçli funksioner hazırda idman qurğusunda işlərin sürətlə davam etdiyini bildirib: “İşçilər indi də çalışırlar. Orada top-komanda üçün gündəlik əməliyyatlarda lazım olan hər şərait olacaq. Bazaya böyük investisiya etmək cəsarət tələb edir. Məncə, bina həddindən artıq böyükdür. Bizə hələlik üç mərtəbəsi lazımdır. Bu isə qısa zamanda həll ediləcək”.

BAKU.WS