SİZİN REKLAM BURADA!
055 213 76 73


"Roma"nın sabiq baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında hansı kluba azarkeşlik edəcəyini bildirib.

BAKU.WS bu barədə xarici mətbuata istinadən xəbər verir.

"Real Madrid"in Çempionlar Liqasını qazanmasını istərdim. Klub və Karlo Ançelotti buna layiqdir", - deyə Mourinyo deyib.

Qeyd edək ki, "Real Madrid", "Bavariya", "Borussiya Dortmund" və Fransanın PSJ-si kimi komandaları turnirdə yarımfinala yüksəlib.

Xatırladaq ki, Mourinyonun son klubu 2024-cü ilin yanvarında tərk etdiyi "Roma" olub. Portuqaliyalı 2021-ci ildən İtaliya klubuna rəhbərlik edirdi. 2021/2022 mövsümündə "Roma" Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə klub Avropa Liqasının finalına yüksəlib.

Mourinyonun rəhbərliyi altında "Roma" ümumilikdə 96 oyun keçirib. 44 qələbə qazanıb, 23 dəfə heç-heçə edib və 29 məğlubiyyətlə üzləşib.

Mourinyo bundan əvvəl "Tottenhem", "Mançester Yunayted", "Çelsi", "Real Madrid", "Portu", "Leiriya" və "Benfika" klublarını da çalışdırıb.

BAKU.WS